MÜSİAD Azərbaycan heyəti, Türkiyə səfirliyinin təhsil müşaviri, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanış olublar (FOTO)

MÜSİAD Azərbaycan rəhbəri Rəşad Cabirli, Türkiyə səfirliyinin
təhsil üzrə müşaviri Nihat Büyükbaşın da iştirak etdiyi heyət, bu
gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini
ziyarət edib.

Bu barədə AzerTimes-a
MÜSİAD-dan daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki , MÜSİAD təhsil komitəsinin təşkilatçılığı ilə
keçirilən görüşdə təşkilatın, sədr müavini Sait Yinanç, idarə
heyətinin üzvü Alim Şentürk və Bakı Türk Anadolu liseyinin müdiri
Nurullah Yazıcıdan ibarət heyət üzvləri mərkəzin işi ilə tanış
olublar.

Qarşılıqlı fikir mübadiləsi ilə keçən görüş zamanı, təhsil
mərkəzinin direktoru İdris Musayev qonaqlara həyata keçirilən
layihələr haqqında məlumat verib.

Eyni zamanda MÜSİAD Azərbaycan ilə əməkdaşlıq müqaviləsi olan
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
arasında əməkdaşlıq planları və birgə iş sahələri müzakirə
edilib.

Bununla yanaşı, heyət emalatxana və avadanlıqlarla yanaşı
mərkəzin müəllim və tələbələri ilə görüşüb, tədris prosesini və
tələbələr üçün tətbiqi təlimləri görmək imkanı əldə ediblər.

Bundan əlavə, Türkiyə səfirliyinin Təhsil Müşavirliyi, Bakı Türk
Anadolu Liseyi və Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında birgə
fəaliyyət və əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, bu il yanvarın 28-də MÜSİAD Azərbaycan, Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında iş
birliyinin perspektivlərini müzakirə edib.

Teqlər: