Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi – MÜSİAD Azərbaycan
bu ilin ilk iftar proqramını İsmayıllıda təşkil edib.
Trend-in məlumatına görə, MÜSİAD Azərbaycanın İdarə Heyətinin
sədri Rəşad Cabirlinin rəhbərliyi ilə Bakıdan yola düşən nümayəndə
heyəti əvvəlcə Qobustanda MÜSİAD Azərbaycan tərəfindən bərpa edilən “Türk məzarlığı” abidəsini ziyarət edib.
Proqram çərçivəsində İsmayıllıda Şəhidlər xiyabanı ziyarət
edilərək, qəhrəman şəhidlərimizin xatirəsi yad edilib. Daha sonra
nümayəndə heyəti İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid
Bağırovla görüşüb, əməkdaşlıq istiqamətləri üzrə müzakirələr
aparıblar5.
İftar proqramında birinci və ikinci Qarabağ şəhidlərinin
ailələri, veteranlar və onların ailələri, rayon sakinləri, eləcə də
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayonda
fəaliyyət göstərən qurumların rəhbərləri və MÜSİAD Azərbaycan
üzvləri də daxil olmaqla 500-ə yaxın qonaq iştirak edib.
Qeyd edək ki, MÜSİAD Azərbaycan iftar proqramlarına aprelin
15-də Saatlıda, 24-də isə Bərdədə davam edəcək. İftar süfrələrində
şəhid ailələri, qazilər və qazi ailələri bir araya gələcəklər.