İranda prezident seçkisi ilə eyni vaxtda hazırda ev həbsində olan keçmiş azərbaycanlı baş nazir və Əli Xameneinin müxalifi Mir Hüseyn Musəvinin qızı, Əl-Zəhra Universitetinin İncəsənət fakültəsinin müəllimi Zəhra Musəvi Xamənə işdən qovulub.
AzerTimes xəbər verir ki, bu barədə o özünün sosial media hesabında paylaşım edib.
Xanım Musəvi 20 il işlədiyi universitetdən qovulmasının arxasında təhlükəsizlik qüvvələrinin durduğunu və onların təzyiqləri nəticəsində Elm Nazirliyinin onunla əməkdaşlığa son verdiyini yazıb.
Zəhra Musəvi deyib ki, işdən qovulması universitet tələbələrinin məcburi hicab qaydalarına etirazlarına dəstək verməsi ilə bağlıdır.