Müsəlman Birliyi Hərəkatının üzvünün qohumu saxlanılıb?

Müsəlman Birliyi Hərəkatının üzvünün qohumu saxlanılıb?

Həbsdə olan “Müsəlman Birliyi Hərəkatı”nın (MBH) üzvü Samir Babayevin yaxın qohumu olan Xəyalə Qurbanovanın Sabunçu RPİ 14-cü Polis Bölməsinə aparılması və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

AzerTimes APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov iddiaları təkzib edib.

O, bildirib ki, X.Qurbanova hər hansı polis orqanına aparılmayıb, çağırılmayıb, dəvət olunmayıb.

Teqlər: