Müsavatdan Elçibəyə qarşı hörmətsizlik – Foto

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik – Foto

Müsavat Partiyası hər zaman istiqamətinin “Rəsulzadə-Elçibəy yolu” olduğunu desə də, partiyanın 4 mayda Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş tutan qurultayında Elçibəyin fotosu sərgilənməyib.

AzerTimes xəbər verir ki, əvəzində Rəsulzadənin şəkli və şüarı həm sədarətin arxa fonunda, həm də zalın önündə yerləşdirilib.

Bu isə qurultayda iştirak edənlər arasında Elçibəyə qarşı hörmətsizlik və partiyanın elan etdiyi xəttə sadiq olmaması kimi qiymətləndirilib.

Partiyanın qurultayında 10 illik fasilədən sonra yenidən başqan seçilən İsa Qəmbər saytımıza açıqlamasında bildirib ki, qurultayda Elçibəyin fotosu var idi:

“Ola bilər ki, ölçüsü çox böyük olmadığı üçün diqqətinizi cəlb etməyib. Gələn qurultayda nəzərə alarıq”.

Qeyd edək ki, qurultaydan yayılan video və fotoşəkillərin heç birində Əbülfəz Elçibəyin şəklinin olduğu görünmür.

Teqlər: