Müsavatçılar İsa Qəmbəri istəyir…

Müsavatçılar İsa Qəmbəri istəyir…

Müsavatçıların böyük əksəriyyəti İsa Qəmbərin namizədliyini dəstəkləyir, amma İsa bəy hələ qərarını açıqlamayıb.

Bu sözləri AzerTimes-a açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı partiyanın qurultayında yeni başqan seçkisi haqda qeyd edib.

“Müsavat Partiyasının nizamnaməsində başqan 5 il müddətinə seçilir və bir şəxs iki dəfədən artıq sədr ola bilməz. Ona görə də Arif bəyin müddəti bitdiyi üçün başqanlığa namizədliyini verməyəcək. Qaldı namizədlərə, müsavatçıların böyük əksəriyyəti İsa bəyin namizədliyini dəstəkləyir, amma İsa bəy hələ qərarını açıqlamayıb”- deyə N.Sadıxlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.

Teqlər: