Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib.
AzerTimes xəbər verir ki, iclasda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib.
İclasın yekununda prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Milli İstiqlal Partiyası da prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib. Buna baxmayaraq, partiya seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına müşahidəçilər təyin edəcək.