Ali məktəblərdə birinci ixtisas qrupu üzrə dövlət sifarişli
yerlərin sayı artıb, II qrup üzrə dövlət sifarişli yerlərin sayı
isə azalıb.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM)
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, buna səbəb bəzi ixtisasların III qrupa keçməsi
ilə əlaqədardır.
“Ümumi yerlərin sayı 4,65% artıb. Bu, hələ təsdiqlənməmiş
rəqəmlərdir. Müsabiqə vəziyyəti III və IV qruplar üzrə həmişə
olduğu kimi daha gərgin olacaq”, – deyə M. Abbaszadə əlavə edib