“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanovun İtaliyanın “Torino” klubuna mümkün transferi ilə bağlı danışıb.
AzerTimes xəbər verir ki, təcrübəli mütəxəssis məsələ ilə bağlı hər hansı rəsmi təklifin olmadığını bildirib.
“Belə bir təklif yoxdur. Olsa, sizə də xəbər verəcəyik”, – Q.Qurbanov deyib.
Qeyd edək ki, son günlər İtaliya və yerli mətbuatda Musa Qurbanlının “Torino”ya transferinin gündəmdə olduğu barədə məlumatlar yayılıb.