Son 30 ildə biz ABŞ-dan ədalət görmədik. Amma Azərbaycan özü ərazi bütövlüyünü təmin etdi.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
O qeyd edib ki, Azərbaycanın tarixi qələbəsindən sonra ABŞ-dan təbrik gözləyirmiş:
“Amma bu baş vermədi. Görünür, ABŞ Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini istəmir. Vaxtilə Azərbaycanlılar öz ev-eşiklərindən qovulanda onlar niyə səslərini çıxarmırdılar? Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal ediləndən sonra torpaqlarımızda tarixi-mədəni abidələrin məhvinə də ABŞ reaksiya verməyib”.
Musa Qasımlı hesab edir ki, qazandığımız qələbə tək Ermənistan və dünya erməniliyi üzərində deyil. Ona görə də biz daha güclü olmalıyıq.