Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Murovdağ tunelinin tikintisinin başa çatacağı tarixi açıqlayıb.
AzerTimes Baku TV-yə istinadən xəbər verir ki, qurum rəsmisi tunelin tikintisinin 2025-ci ildə bitəcəyini bildirib.
“Ən uzun tunelimiz Murovdağ tunelidir. Onun tikintisi 2025-ci ilin may ayına qədər başa çatacaq”, – S.Məmmədov vurğulayıb.