Muradxanlı yatağında hasilatın artırılması nəzərdə tutulur – SOCAR

Xəbər - Ləman Zeynalova – Trend:

Hazırda SOCAR-ın Azneft İB Muradxanlı və Cəfərli yataqlarında istismar işlərini davam etdirir.

Bunu AzerTimes-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

“Muradxanlı yatağı üzrə kifayət qədər qalıq çıxarılabilən neft ehtiyatının və quyu fondunun olması yaxın gələcəkdə hasilatın artırılması üçün zəmin yaradır. Belə ki, bu istiqamətdə tədbirlər proqramı hazırlanır.


Cəfərli yatağında gələcəkdə fontan istismar üsulu ilə işləyən az hasilatlı quyuların istismar üsulunu dəyişdirərək hasilatın artırılması və fəaliyyətsiz fondda olan quyuların təmir edilərək istismara qaytarılması nəzərdə tutulur”.

Teqlər: