Millət İttifaqının prezidentliyə keçmiş namizədi Kamal Kılıçdaroğlunun həm parlament, həm də prezident seçkilərində məğlub olması terror təşkilatı PKK-nı da narahat edib.
AzerTimes xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Seçki prosesində Kılıçdaroğluya dəstək verən terrorçubaşı Murad Qarailan məğlubiyyətdən sonra CHP liderini hədəfə alıb.
“CHP-nin fərqli namizədi olsaydı, onun qalib gəlməsi mümkün olardı. Namizədliyin irəli sürülməsi və aydınlaşdırılmasında çatışmazlıqlar var idi: sosiologiyanı görüb düzgün oxusalar, faşizmə qalib gələ bilərdilər”, – M.Qarailan bildirib.