Prezident İlham Əliyev M.M.Kajlayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Murad Maqomedoviç Kajlayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.