Müraciətlərin 80 faizi ailə mübahisələrinə aiddir – Mediasiya Şurasının sədri

Xəbər - Çingiz Səfərli – Trend:

Bu ilin 5 ayı ərzində mediatorlara 9550 müraciət daxil olub.

Trend xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, bunlardan 8515 müraciət ailə mübahisələri, 740 müraciət kommersiya, 295 müraciət isə əmək mübahisələrinə aiddir:

“Daxil olan müraciətlərin 80 faizi ailə mübahisələrinə aiddir. Daxil olan müraciətlərin 21 faizi qısa zamanda geri götürüb və imtina edilib. Baxdığımız mübahisələr zamanı məlum olur ki, mübahisə təkcə ailələrə deyil, ekosistemlərə də təsir edir. Biz istəmirik ki, ailələr dağılsın və mediasiya yolu ilə mübahisələrin həlli müsbət nəticə verir”.

Teqlər: