Xəbər - İlhamə İsabalayeva – Trend:
2020-ci ildə əlilliyin qiymətləndirilməsi üçün sistemə 80 mindən çox müraciət daxil olub. Onların yalnız 31 faizinə əlilliyin təyinatı aparılıb.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, əlilliyin təyinatı ilə bağlı vətəndaşlar tərəfindən edilən şikayətlərin sayı az deyil:
“Göndərişdə stasionar, ambulator, diaqnostik müalicə ilə bağlı qeyd edilməyən məsələlər varsa, qiymətləndirmə zamanı ya natamam, ya da imtina cavabı verilir”.