Baş verənlərə görə İraq xalqından üzr istəyirəm.
AzerTimes xəbər verir ki, bunu İraqdakı şiə lideri Müqtəda əs-Sədr Nəcəf şəhərində keçirilən mətbuat konfransında deyib.
“Baş verənlərdən yorulmuşam, bu hadisələr məni kədərləndirdi. Xalqdan üzr istəyirəm”, – şiə lideri bildirib.
Qeyd edək ki, İraqın paytaxtı Bağdadda baş verən toqquşmalar nəticəsində 12 nəfər ölüb, 270 nəfər isə yaralanıb.