Bu gün (27 may) müqəddəs Ramazan ayının ilk günüdür. İlk günün oruc vaxtı aşağıdakı kimidir:
İmsaq – 03:19 ✸ İftar – 20:17
Günün duası – “İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah!”
Ramazan bayramı Şəvval ayının 1-i -Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.