Müqəddəs dəyərlərə hücum müasir barbarlıqdır…

Müqəddəs dəyərlərə hücum müasir barbarlıqdır…

Stokholmda Qurani-Kərimin yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Tvitter hesabında yazıb.

“Bunu şiddətlə qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə hücum azadlıq deyil, müasir barbarlıqdır”, – Kalın bildirib.

Qeyd edək ki, İsveç polisi tərəfindən Türkiyənin bu ölkədəki səfirliyi önündə Qurani-Kərimin yandırılmasına icazə verilib.

Teqlər: