“Lufthansa” aviaşirkətinin Mumbai–Münhen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə AzerTimes-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub. Belə ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib.
Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.