Münhendə Ermənistan bölüşdürüldü – Ayvazyandan şok

Münhendə Ermənistan bölüşdürüldü – Ayvazyandan şok

Münhen Təhlükəsizlik Konfransı NATO-nun təhlükəsizlik məsələlərini müzakirə edən platformadır.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Luys” informasiya-analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib.

O iddia edib ki, sözügedən konfransda Qərbin Rusiyaya qarşı müharibə aparması müzakirə edilib:

“Rusiya dünyanın Qərb “demokratiyasının” boyunduruğundan azad edilməsi prosesinin lideridir. Ona görə də Ermənistanın və onun dövlətçiliyinin qurban edildiyi Münhen Təhlükəsizlik Konfransında Rusiyaya qarşı müharibə aparmaq məsələsi müzakirə olunur”.

Ayvazyan bildirib ki, Ermənistanın qonşuları ölkənin parçalanmasından öz paylarını almağa çalışacaqlar.

“Əgər Ermənistan könüllü olaraq özünü Qərbin maraqlarına qurban verirsə, niyə də olmasın?! Yalnız Rusiya Ermənistan dövlətçiliyinin qorunub saxlanmasında maraqlıdır və təkcə Moskvanın köməyi ilə biz onu saxlaya bilərik”, – A.Ayvazyan qeyd edib.

Teqlər: