Xəbər - Orxan Nəbiyev – Trend:
2022-ci ildə Münhen təhlükəsizlik konfransı iki illik fasilədən sonra üz-üzə formatda keçiriləcək.
Trend-in məlumatına görə, bunu forumun rəhbəri Volfqanq İşinger deyib.
O bildirib ki, gələnilki tədbir fevralın 18-dən 20-dək davam edəcək. Pandemiya ilə əlaqədar konfrans iştirakçılarının sayının məhdud olacağı qeyd olunub.
Konfransın gündəliyində gələn məsələlərə gəldikdə, tədbir zamanı daha çox Avropa təhlükəsizlik və müdafiə siyasətinin müzakirəsi nəzərdə tutulur.