Münhen Konfransının rəhbəri Medvedyevi “təlxək” adlandırdı

Münhen Konfransının rəhbəri Medvedyevi “təlxək” adlandırdı

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevi təlxək adlandırıb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Medvedyev bu gün təlxəkdir. Bağışlayın, mən bunu demək məcburiyyətində qaldım” – deyə diplomat Beynəlxalq Dəniz Gücləri Simpoziumunda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda Medvedyev xarici siyasətlə bağlı dəfələrlə sərt açıqlamalar verib. O, Ukraynanın dünya xəritəsində sonrakı mövcudluğuna şübhə etdiyini bildirib.

Teqlər: