Münaqişənin sülh yolu ilə həlli yoxdur – Peskov

Münaqişənin sülh yolu ilə həlli yoxdur – Peskov

Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən danışmaq tezdir, bunun üçün hələlik ilkin şərtlər yoxdur.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bunu müzakirə etmək mümkün deyil, çünki Rusiya ilə hər hansı danışıqlar qadağandır”, – Peskov bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərar imzalamışdı.

Teqlər: