Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.
“Bizim təcrübəmizə əsasən sizə deyə bilərəm ki, bəzən sülh danışıqları çox uzun sürür. Biz 28 il ərzində sülh danışıqları apardıq. Siz bunu təsəvvür edə bilirsiniz? 1992-ci ildən 2020-ci ilədək. Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi”, – İlham Əliyev deyib.