Hindistanın Mumbay şəhərində dördmərtəbəli bina çöküb.
AzerTimes-ın məlumatına görə, bu barədə India Today jurnalı bildirib.
Məlumata əsasən, hadisə nəticəsində ən az 11 nəfər həlak olub. Çökmə zamanı evdə uşaqlar da daxil olmaqla çox sayda insan olub.
Xilasedicilər dağıntılar altından 15 nəfəri çıxara biliblər. Bildirilib ki, hadisənin səbəbi güclü yağışlar ola bilər.