Multikulturalizm mərkəzinin işçiləri bu qədər maaş alacaq

Multikulturalizm mərkəzinin işçiləri bu qədər maaş alacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddi artırılıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli 2415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Qərara əsasən, Mərkəzin işçilərinin say həddi 20-dən 21-ə qaldırılıb. Cədvələ “icraçı direktorun müavini” ştatı əlavə edilib.

Həmçinin, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” aşağıdakı redaksiyada təsdiqlənib:

1. İcraçı direktor 2732 manat;

2. İcraçı direktorun müavini 2458 manat;

3. Müşavir 2125 manat;

4. Baş mühasib 2001 manat;

5. Şöbə müdiri 1946 manat;

6. Baş məsləhətçi 1732 manat;

7. Aparıcı məsləhətçi 1421 manat;

8. Məsləhətçi 1283 manat;

9. Hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis 1104 manat;

10. Avtomobil sürücüsü 495 manat.

Teqlər: