İran sülhə can atır, lakin müharibəyə hazırdır və bundan qorxmur.
AzerTimes xəbər verir ki, bunu Bağdadda səfərdə olan İranın xarici işlər naziri Abbas Arakçı deyib.
“İran İslam Respublikası istənilən vəziyyətə hazır olsa da, gərginliyin artmasına, qarşıdurmalara və müharibəyə can atmır. Biz müharibəyə də, sülhə də hazırıq. Bu, İran İslam Respublikasının qəti mövqeyidir. Biz müharibə vəziyyətinə tamamilə hazırıq, müharibədən qorxmuruq. Bununla belə, biz müharibəyə deyil, sülhə can atırıq və Qəzzada və Livanda ədalətli sülhün bərpa olunması üçün səy göstərəcəyik”, – Arakçı bildirib.