Ukrayna hakimiyyəti irimiqyaslı müharibəyə hələ 2019-cu ildən hazırlaşırdı.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Bu müharibə bizim üçün gözlənilməz deyildi. Bunun baş verəcəyini bilirdik. Sadəcə biz rusların eyni anda bir neçə istiqamətdən hücum edəcəyini bilmirdik. Belarus istiqamətindən olan hücum bizim üçün böyük çağırış oldu, düzdür, bu ssenariyə də hazırlaşmışdıq. Əgər müharibəyə hazırlaşmasaydıq, rus tankları Varşava, Praqa, Tallin və Vilnüsdə olacaqdı – Danilov bildirib.