Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı – Marukyan

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı – Marukyan

2020-ci ilin ikinci yarısı idi, mətbuat Gorus-Qafan yolunda Azərbaycan əsgərlərinin bayraqları ilə birlikdə anidən peyda olduğunu və ermənilərin qorxduğunu yazdı.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan hökumətinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan deyib.

Keçmiş hökumət rəsmisi bununla da 21 kilometr uzunluğundakı sözügedən ərazinin Azərbaycanın nəzarətinə keçmə prosesinin başladığını bildirib:

“Məsələ ilə bağlı müxtəlif məlumatlar var. Bir neçə gün öncə keçmiş xarici işlər naziri Ara Ayvazyan Gorus-Qafan yoluna nəzarətin Bakıya necə keçdiyi və hər hansı sənədin imzalanması ilə bağlı məlumatının olmadığını dedi. Lakin sonra öyrənib ki, bununla bağlı Bakı və İrəvan arsında hətta memorandum imzalanıb. Nazir həmin sənədi tələb etdiyini deyir. Düşünün, 2020-ci ilin dekabrından, 2021-ci ilin may ayına qədər Ermənistan XİN Müdafiə Nazirliyindən yolla bağlı həmin sənədi tələb edib. A.Avazyan deyir ki, o sənədi məhz Müdafiə Nazirliyi imzalayıb. Müxtəlif dövlət rəsmilərinin də belə bəyanatları var. Lakin əsas iddia budur ki, 2020-ci ildə 9/10 noyabr bəyanatı imzalandıqdan sonra müharibənin Sünikə (Zəngəzur – red.) keçməsinin qarşısını almaq üçün Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə sözügedən yolun Azərbaycana təhvil verilməsinə dair sənəd imzalandı”.

E.Manukyanın sözlərinə görə, sonrakı müddətdə daha bir sənəd dərc olunub:

“Daha sonra noyabrın 9/10-da üçtərəfli formatda imzalanan bəyanatın məntiqi davamı olan bir sənəd dərc olundu. Burada əvvəlki sənəddə yer almayan detallar vardı. Məlumata görə, ikinci sənəd məhz 9/10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrasını təsdiqləmək üçün hazırlanıb. Lakin heç kimə rəsmi sənədin olduğu deyilmir, sadəcə şifahi razılamanın əldə edildiyi bildirilir. Bundan sonra da sülh prosesində məhz həmin sənədlərə uyğun hərəkət ediləcəyi deyilir”.

Teqlər: