Ukraynada dövlət çevrilişi baş verəndə Rusiya müharibənin qarşısını almaq üçün hər şeyi etdi.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, 2014-cü ildə dövlət çevrilişindən sonra Ukraynada millətçilər baş qaldırmağa başlayıblar:
“Donbasda güclərinin “bərpa olunduğunu” anlayanda onlarla yaşamaq istəmədilər. Bu, çətin an idi. Rusiya müharibənin qarşısını almaq, problemin sülh yolu ilə həllinə nail olmaq, Donbas sakinlərinin hüquqlarını siyasi və diplomatik üsullarla müdafiə etmək üçün hər şeyi etdi”.