Müharibənin qarşısını ala bilmədik, bu da nəticəsi – Orban

Müharibənin qarşısını ala bilmədik, bu da nəticəsi – Orban

Avropa Birliyinin (AB) siyasəti dəyişməlidir, çünki sülh əvəzinə müharibə təhlükəsi, ictimai asayiş əvəzinə isə qeyri-qanuni miqrasiya tüğyan edir.

AzerTimes xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban M1 televiziyasına müsahibəsində deyib.

O, AB-də nələrinsə səhv getdiyi üçün dəyişikliklərin tələb olunduğunu söyləyib:

“Avropa xalqı sülh istəyir, amma biz Rusiya-Ukrayna müharibəsinin qarşısını ala bilmədik və bu müharibə başlayanda biz onu təcrid edə bilmədik. Ona görə də bu gün avropalılar sülh əvəzinə müharibə, nizam və təhlükəsizlik əvəzinə miqrasiya və terror təhlükəsi alır”.

Teqlər: