Ukraynada bir neçə ay ərzində ləng və ağrılı görünən müharibə qış yaxınlaşdıqca yenidən başlayır. Münaqişə yeni mərhələyə doğru irəliləyir.
AzerTimes xəbər verir ki, bu barədə CNN-in ekspertlərinin analizində qeyd olunub.
“Bu, müşahidə etdiyimiz üçüncü, dördüncü, bəlkə də beşinci müharibədir”, – “Chatham House”un Rusiya və Avrasiya məsələləri üzrə əməkdaşı Keyr Caylz deyib.
Bildirilib ki, soyuq ayların yaxınlaşması ilə, ehtimal ki, quru döyüşləri yavaşlayacaq, müharibənin növbəti həftələri həlledici olacaq:
“Ruslar isə qış gəlməmiş cəbhə xəttində çökmənin qarşısını almağa çalışacaqlar. Bir vaxtlar uzaq görünən Ukraynanın qələbəsi indi daha inandırıcıdır”.