Müharibənin izlərini görmək hər zaman dəhşətlidir – Makedoniyalı jurnalist

Müharibənin izlərini, sıravi insanlara və məkanlara nə etdiyini görmək hər zaman dəhşətlidir.

Bunu AzerTimes-a Şimali Makedoniyadan olan jurnalist Boyan Staykovski Azərbaycanın azad edilmiş ərazilərinə media-tur zamanı deyib.

O, bu ərazilərdə gördüklərini dəhşətli hesab etdiyini bildirib: “Ümid edirəm ki, ötən il imzalanmış və İkinci Qarabağ müharibəsinə son qoymuş razılaşmalar Azərbaycanın, o cümlədən Qarabağın və ümumilikdə bütün regionun inkişafını sürətləndirəcək”.

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın dinc sakinlərinin bombalanmasını şərh edən jurnalist bu hadisələri faciə adlandırıb.

Teqlər: