Müharibənin bitəcəyini göstərən işarə yoxdur – BMT

Müharibənin bitəcəyini göstərən işarə yoxdur – BMT

Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan müharibə 5 aydan artıqdır ki davam edir və bitəcəyini göstərən hər hansı bir işarə də yoxdur.

AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo deyib.

“Belə bir qorxulu perspektiv qarşısında iyulun 22-də İstanbulda imzalanmış saziş, baş katibin (Antonio Quterreş) dediyi kimi, Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını asanlaşdırmaq üçün bəşəriyyət üçün bir işarədir, ümiddir. Bu müqavilə qlobal ərzaq tədarükü açığını aradan qaldırmağa və bahalaşma ilə mübarizəyə kömək edəcək”, – BMT rəsmisi bildirib.

Teqlər: