Ukrayna ərazilərini ələ keçirmək üçün Rusiya Silahlı Qüvvələrində vacib dəyişikliklər edilməlidir.
AzerTimes xəbər verir ki, bunu “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin deyib.
“Fikrimcə, şəxsi heyətin sayının artırılması tələb olunacaq. Düşmən üzərində say üstünlüyü lazımdır. Onların çoxlu adamları var, ümumi səfərbərlik var. Bizdə bu yoxdur”, – Roqozin bildirib.
Onun sözlərinə görə, hərbi-texniki məsələlər də mütləq həll edilməlidir:
“Bu, tamamilə qeyri-adi, yeni müharibə növüdür. Bunun belə olacağını heç kim gözləmirdi. Ənənəvi silah sistemləri hərbi ekspertlərin ehtimal etdiyi kimi yüksək effektivlik göstərmədi. İndi cəbhədə vəziyyət elədir. Mən oradan bir neçə gün əvvəl qayıtmışam, orada hətta rotasiya da çətindir. Bir kəndə girirsən və özünü arı pətəyinə girmiş kimi hiss edirsən”.