İsrailin Qəzzadakı müharibəsinə son qoymaq üçün üç aylıq danışıqlarda irəliyə doğru bir neçə addım atılıb.
AzerTimes xəbər verir ki, bu sözləri HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan deyib.
“Düşünürəm ki, vasitəçilər, Misir və Qətərdəki qardaşlarımız yaxşı iş görürlər. Ona görə də biz hələ də əsas məqsədə – tam atəşkəs və qoşunların Qəzzadan çıxarılmasına nail olacağımıza ümid edirik”, – deyə o bildirib.
Həmdan əlavə edib ki, müharibəni yalnız ABŞ bitirə bilər:
“Biz ABŞ-ın real mövqeyi haqqında danışmalıyıq, çünki bu, israillilərin, əsasən də Netanyahunun mövqeyinə təsir edəcək əsas məsələdir. Əgər ABŞ Netanyahuya açıq şəkildə desə ki, kifayətdir, sizi əmin edirəm ki, müharibə bitəcək!”