Ukraynadakı döyüş meydanındakı vəziyyət müharibəni 2025-ci ildən gec olmayaraq bitirmək üçün addımlar atmağa imkan yaradır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna-Cənub-Şərqi Avropa sammitində deyib.
“Oktyabr, noyabr və dekabr aylarında bizim sülhə və davamlı sabitliyə doğru irəliləmək şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi – 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək üçün qətiyyətli fəaliyyət seçimini etmək imkanı yaradır”, – Zelenski qeyd edib.