Ukraynada “xüsusi hərbi əməliyyat”da iştirak edən bütün hüquq-mühafizə orqanları gücləndirilmiş rejimə keçməlidir. Əməliyyat bitənə qədər heç bir məzuniyyətdən söhbət gedə bilməz.
AzerTimes xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Bu gün minlərlə döyüşçümüz öz həyatlarını riskə ataraq ümumi məqsəd naminə cəbhə bölgəsinə yollanarkən, rütbəsindən asılı olmayaraq heç bir hərbçinin nəinki məzuniyyət, heç istirahət haqqında düşünməyə belə mənəvi haqqı yoxdur. Vətəni üçün narahat olan hər bir şəxs özünü sübut etməyə və səfərbərlik rejimində daim 24/7 formatında olmağa borcludur”, – Kadırov deyib.