Müharibədən sonra Fransa ilə fikir ayrılıqları yarandı…

Müharibədən sonra Fransa ilə fikir ayrılıqları yarandı…

Azərbaycanla Fransa arasında müharibədən sonra fikir ayrılıqları yaranıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz Konstitusiyası, BMT Nizamnaməsi və legitim hüquqlarına əsaslanaraq torpaqlarını azad etdi:

“Ancaq postmünaqişə dövründə Fransa ilə münasibətlərdə müəyyən fikir ayrılıqları yarandı. Buna baxmayaraq, Azərbaycan hətta gərginlik dövründə belə təmasları davam etdirib. Biz təmaslara həmişə açıq olmuşuq”.

Teqlər: