Xəbər - İlhamə İsabalayeva – Trend:
Vətən Müharibəsi dövründə döyüş meydanında rəşadət göstərənlər cəmiyyətin əsasən, gənc təbəqəsidir. Müharibədən sonra onlar sülh həyatına uyğunlaşmaqda çətinlik çəkirlər.
Bunu AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin Tibbi və psixoloji yardım şöbəsinin müdiri Xanım Sofiyeva deyib.
Onun sözlərinə görə, bu gənclərə müharibə həyatından sülh həyatına keçməyə yardım etmək, onları öz problemləri ilə üzbəüz qoymamaq, onların cəmiyyətə yenidən inteqrasiyasını təmin etmək hazırda əsas vəzifələrdəndir:
”Biz bu insanları həm fiziki, həm də psixoloji baxımdan yenidən cəmiyyətə qaytarmalıyıq. Bunlar bizim cəmiyyətin ən parlaq hissəsidir. Onların psixi sağlamlığı dövlətin ən əsas vəzifələrindəndir”.