Vətən müharibəsi başa çatdıqdan sonra 6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır.
AzerTimes xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib.
O qeyd edib ki, 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıblar.