Müharibədə iştirak edən soydaşlarımız təltif olundu

Müharibədə iştirak edən soydaşlarımız təltif olundu

Ukraynanın Nikolayev şəhərində müharibə zamanı şəhərin müdafiəsində göstərdikləri xidmətə görə bəzi soydaşlarımız fəxri fərmanla təltif ediliblər.

AzerTimes xəbər verir ki, cənub cəbhəsində ön xətt hesab edilən Nikolayev meri Aleksandr Senkevic Ukrayna Azərbaycanlıları Radasının (UAR) vilayət üzrə təmsilçisi Zaur Ağabəyov və onun şəhər Radasının deputatı olan oğlu Ramil Ağabəyovu şəhərin müdafiəsində göstərdikləri xidmətlərə görə fəxri fərmanla təltif edib.

Ukrayna vətəndaşı olan soydaşlarımız Rusiyanın Ukrayna üzərində başladığı hərbi əməliyyatlar zamanı xüsusilə humanitar yardımlarda aktiv iştirak ediblər.

Teqlər: