Müharibədə həlak olan əsgər yaxınları Yerevanda aksiya keçirib

Xəbər - Orxan Nəbiyev – Trend:

İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş hərbi qulluqçuların yaxınları Yerevanda mərkəzi küçəni bağlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar rəsmi qurumları həlak olanlar və qalıqlar barədə düzgün məlumat verməməkdə ittiham edib.

Əsgər yaxınları iddia edir ki, rəsmilər artıq söz-söhbətdən qaçmaq üçün həlak olanları soyuducularda gizlədib.


Aksiya iştirakçılarından birinin sözlərinə görə, 200-ə yaxın meyit ayrı-ayrı yerlərdə saxlanılır.

Teqlər: