Müharibədə dönüş: Rusiyada qarşıdurma başlayır

Müharibədə dönüş: Rusiyada qarşıdurma başlayır

Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, dönüş nöqtəsinə çatacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” informasiya resursunun məlumatında bildirilib.

Nəşr qeyd edir ki, Rusiya təbliğatçısı Vladlen Tatarskinin öldürülməsi müharibənin növbəti dönüşüdür. Tatarskinin böyük auditoriyası var və Rusiya hərbi rəhbərliyini döyüş meydanındakı uğursuzluqlara görə kəskin tənqid edib.

“Digər rus millətçiləri də hərbi məğlubiyyətin daha yaxın və qaçılmaz olmasından şikayətlənirlər. Buna səbəb Ukraynanın elan etdiyi əks-hücum üçün qüvvə toplamasıdır”, – nəşr bildirib.

“Blumberq” Rusiyada daxili qarşıdurmaların artacağını vurğulayıb:

“Əgər Ukrayna keçən il Xarkov və Xerson vilayətlərinə əks-hücum zamanı olduğu qədər və ya daha çox ərazini geri qaytararsa, bu, Rusiyada daha çox daxili qarşıdurmalara səbəb olacaq”.

Qeyd edək ki, bazar günü Sankt-Peterburqda kafedə partlayış baş verib. Hərbi müxbir Vladlen Tatarski (əsl adı Maksim Fomin) ölüb, 33 nəfər yaralanıb.

Teqlər: