İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın “Montevideo Maru” gəmisi bu gün tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese Tvitter hesabında yazıb.
O bildirib ki, gəminin göyərtəsində mindən çox şəxsin qalıqları aşkar edilib:
“Nəhayət, “Montevideo Maru”da həlak olanların yeri aşkarlandı. Göyərtədəki 1060 əsir arasında 850 avstraliyalı əsgər də vardı. Onların həyatı yarım qaldı”.
Qeyd edək ki, “Montevideo Maru” gəmisi 1942-ci il iyulun 1-də ABŞ sualtı qayığı tərəfindən batırılıb.