Xəbər - Humay Ağacanova – Trend:
Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə əsasən,
müharibə veteranlarına bir neçə güzəşt müəyyən edilib.
Trend-in məlumatına görə, bunu bunu Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
Onun sözlərinə görə, işəgötürən ixtisar zamanı eyni peşə
xüsusiyyətlərinə malik şəxslər arasında seçim etdikdə, müharibə
iştirakçılarına üstünlük verməlidir.
“Həmçinin ödənişsiz məzuniyyətin verilməli olduğu hallar da
müəyyən edilib. Əmək məzuniyyətindən istifadə növbəlilik prinsipi
ilə olur. Lakin Əmək Məcəlləsinin 130-cu maddəsində qazilərə
məzuniyyətin verilməsinin növbədənkənar olması hüququ müəyyən
edilib”, – deyə o əlavə edib.