“Müharibə veteranı” adı verilən şəxslərin məlumatları beş gün ərzində “Zəfər” altsisteminə daxil ediləcək

“Müharibə veteranı” adı verilən şəxslərin məlumatları beş gün
ərzində “Zəfər” altsisteminə daxil ediləcək.

AzerTimes-ın məlumatına görə,
bununla bağlı Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı
qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və
şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin,
eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Qərarında
dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan
Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi bu Əsasnamənin
1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan
şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran
vəsiqəsi verildikdən sonra “5 (beş) iş günündən gec olmayaraq Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil
edilməsini təmin edirlər.

Teqlər: