G7 ölkələrinin liderləri başa düşürlər ki, Ukraynada müharibə uzana bilər, lakin onlar ölkəyə nə qədər vaxt lazımdırsa, dəstəkləməyə hazırdırlar.
AzerTimes xəbər verir ki, bunu Kanada Baş naziri Castin Trudo deyib.
Trudo bildirib ki, G7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan verə bilməz və verməməlidir:
“Əlbəttə, G7-də və NATO-da apardığımız danışıqlara əsasən, biz uzun sürəcək müharibəyə hazırıq, çünki biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik”.