Sentyabr toqquşmasından sonra sərhəddə vaxtaşırı atəş açılır.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərin sualına cavab olaraq deyib.
O bildirib ki, müharibə təhlükəsi hər zaman var.
Papikyan Hindistandan silah alınması məsələsini şərh etməyib. O bildirib ki, bu, məxfi məlumatdır.
Qeyd edək ki, Ermənistan son vaxtlar Hindistan və İrandan külli miqdarda silah tədarük edir. Eyni zamanda sərhəddə vaxtaşırı Azərbaycan Ordusunun mövqelərini atəşə tutur.